Şuşa
“Laçın” su anbarı
Abidənin tarixi: | XIX əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli |
Abidənin inventar №-si: 5051
Şuşadakı su qıtlığını nəzərə alaraq şəhərin qərb tərəfində-ən hündür nöqtədə 1893-1901-ci illərdə su anbarı inşa edilmişdir. Sərt relyef çapılaraq tikilmiş çoxkameralı su anbarının cənub və şərq fasadları təmiz yonulmuş daşla işlənmişdir. Qərb fasadı tam torpaq altında qalsa da şimal tərəfin bir hissəsi fasad kimi işlənmiş və havalandırma açırımları qoyulmuşdur. Su anbarının kameraları yarimdairə tağlarla və çarpaz örtüklə örtülmüşdür.