Qubadlı
Laləzar körpüsü
Abidənin tarixi: | 1867-ci il |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli |
Abidənin inventar nömrəsi: | 306 |
Abidənin ünvanı: | Əliquluuşağı kəndi |
Laləzar körpüsü Qubadlı rayonunun Əliquluuşağı kəndi ərazisində Bərgüşad çayı üzərində yerləşir. Maraqlı memarlıq quruluşuna malik olan körpünün 1867-ci ildə inşa olunduğu ehtimal edilsə də, bir çox tədqiqatçıların fikrincə, körpünün inşa tarixi XVIII əsrə aiddir.
Laləzar körpüsü düz oval şəklində tikilib. Mərkəzindəki iki düz sütun tağlarla tamamlanaraq körpüyə ikitağlı görkəmi verib. Körpünün uzunluğu 17 metr, eni 2,8 metr, hündürlüyü 4,5 metrdir.
İşğal dövründə abidənin divarında onun inşa tarixini göstərən lövhə üzərindəki yazılar ermənilər tərəfindən silinib.