Şuşa
Mamay məscidi
Abidənin tarixi: | XIX əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli |
Abidənin inventar №-si: 5166
Şəhərin mərkəzi hissəsində yerləşən Mamayı məhəlləsinin məscidi XIX əsrin sonlarında tikilmişdir. Düzbucaqlı plan quruluşu olan məscidin sütunlu interyeri vardır. Əsas səviyyə kişilər üçün ibadət yeri kimi nəzərdə tutulmuşdur. Şərq tərəfdən ikinci səviyyədə isə qadınların namaz yerləşgəsi tikilmişdir. Məhəllə məscidləri kimi Mamayı məscidinin də damında azan vermək üçün taxtadan güldəstə quraşdırılmışdır.