Xocalı

Məbəd kompleksi

Abidənin tarixi: VII əsr
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli
Abidənin inventar nömrəsi: 261
Abidənin ünvanı: Badara kəndi

Vaxtilə qədim yaşayış məskəninin əsas məbədi olmuş monastır xarabalıqlar arasında yeganə tikili kimi qalmışdır. Kilsənin ətrafındakı qədim məzarlıqda yüzlərlə xaçdaşlar vardır.

Monastırın baş kilsəsi planda üçnefli bazilika olmaqla, tərəfləri 11.3x9.7 metr ölçülərə malikdir. Altar ətrafındakı köməkçi otaqlar ibadət zalının yarısını tutur. Kilsənin şərq divarında olan üçbucaq formalı iki niş divar boyunca uzanır.

Giriş qapıları olan cənub və qərb divarlarının hörgüsündə kobud yonulmuş, digər divarların hörgüsündə isə yonulmamış daşlardan istifadə edilmişdir. Pilyastr və kapitellər zərif şəkildə yonulmuşdur. Ağımtıl kilsə binası yaşıllıqlar içində olduqca böyük təsir bağışlayır.