Xocavənd

Məbəd, Qoçbəyli kəndi

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli
Abidənin inventar nömrəsi: 4336
Abidənin ünvanı: Qoçbəyli kəndi

Məbəd Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmışdır.

Giriş qapısının üst hissəsində qorunan yazıya görə kilsə 1741-ci ildə tikilmişdir.

Kilsə şərq tərəfində yarımdairəvi apsidası olan düzbucaqlı birnefli zala malikdir. 

Əsas inşaat materialı kimi kobud daşlardan tikilmiş abidənin qərb pəncərəsinin və girişinin kənarları, eləcə də alınlığı cilalanmış əhəngdaşı ilə işlənmişdir.

Kilsəyə yeganə giriş cənub tərəfdəndir. Şərq, cənub və qərbdə açılan pəncərələr kilsənin işıqlandırılmasını təmin edir. Kilsə sərt relyefdə yerləşdiyi üçün şimal divarı tamamilə, qərb divarı isə qismən torpaqla örtülmüşdür.

Kilsənin uzunluğu 13,5, eni 6,3, hündürlüyü 4,5 metrdir.