Xocavənd

Məbəd, Tuğ kəndi

Abidənin tarixi: 1747-ci il
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli
Abidənin inventar nömrəsi: 4321
Abidənin ünvanı: Tuğ kəndi

Kilsənin tikilmə tarixi ilə bağlı dəqiq məlumat yoxdur. Bununla belə kilsənin giriş qapısının üstündəki kitabədə binanın 1747-ci ildə inşa olunduğu göstərilir. Kitabədə Məlik Yegan və oğlu Məlik Esanın kilsənin damını bərpa etdiyi qeyd olunur. Bu məlumat kilsənin qədim zamanlardan mövcud olduğu və onun damının Məlik Yegan və oğlu tərəfindən təmir olunduğu qənaətinə gəlməyə əsas verir. 

Kilsən uzunluğu 12,0 m, eni 7,8 m olan tağlı tavanı olan düzbucaqlı zala malikdir. Kilsənin daxili məkanı T formalı dayaqla iki qeyri-bərabər nefə bölünür. Bu cür memarlıq həllinin analoqu yoxdur. Şimal hissədə dar nefdə qəbir daşları qorunub saxlanılmışdır. Güman etmək olar ki, bu dar zal vestibül və bir növ türbə rolunu oynamışdır.

Kəskin relyefli yamacın olması səbəbindən kilsənin qərb tərəfindəki döşəməsi həyət səviyyəsindən 1,5 m aşağıdadır. Kilsənin yeganə girişi qərb fasadında, mərkəzdən sağ tərəfdədir. Zalın şərq tərəfində ona şimal və cənub tərəfdən bitişik iki vestibülü olan apsida var. Apsida altı çəkilmiş yarımdairə formasına malikdir, orada şimaldan və cənubdan nişlər yerləşir.

Kilsə yonulmuş və işlənməmiş daşdan tikilmişdir. Dayaq sütunları, pəncərə və giriş çərçivələri yonma daşla üzlənmişdir. Kilsənin divarlarında 50-dən çox xaçkar və xaç təsviri olan lövhələr, qəbir daşlarının fraqmentləri və erkən xristian stelləri tikilmişdir. Onların bəzilərində 15-17-ci əsrlərə aid yazılar qorunub saxlanılmışdır ki, bu da kilsənin əvvəlki tikililərin yerində tikildiyini, daşlarının bu kilsənin tikintisində təkrar istifadə edildiyini göstərir.