Şuşa
Mədrəsə
Abidənin tarixi: | XIX əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli |
Abidənin inventar №-si: 369
Tarixən Şuşada bir neçə mədrəsə olmuşdur. Onlardan biri Aşağı Gövhər ağa məscidinin, digəri isə Yuxarı Gövhər ağa məscidinin mədrəsəsi idi. Bu mədrəsələrdə ərəb və fars dilləri, ərəb qrammatikası, məntiq, kəlam (dini doqmatika), fiqh (islam hüququ), riyaziyyat, kalliqrafiya (xəttatlıq), tarix, əbəbiyyat və s. öyrədilirdi.