Şuşa

Mehmandarovların malikanə kompleksi

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli

Abidənin inventar №-si: 347

Şuşanın Təzə məhəlləsində yerləşən malikanə kompleksi böyük yaşayış evi, kiçik yaşayış evi və məsciddən ibarətdir. Mehmandarovların evlərində erkerlər və şuşa evlərindən fərqli olan giriş qapıları xüsusi seçilir. Məscid və bulaq isə digər məhəllə bulaqlarının oxşarıdır. Qapalı həyətdə inşa edilən binalar sərt releyfdə tikilmişdir.