Laçın
Məlikəjdər türbəsi
Abidənin tarixi: | XIII-XIV əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli |
Abidənin inventar nömrəsi: | 311 |
Abidənin ünvanı: | Cicimli kəndi |
Laçın rayonunun Cicimli kəndi yaxınlığında geniş məzarlıq içərisində iki türbə yanaşı ucalır. Onlardan tarixən qədim olan, pir kimi ziyarət edilən, yerli əhalinin Məlik Əjdər türbəsi kimi tanıdığı türbədir. Üstündə olan inşaat kitabəsi ərəb dilində yazılıb, ancaq çox dağıldığı və aşılandığı üçün oxunmur. Alimlər abidəni yaxın ərazilərdə yerləşən türbələrin inşaat texnikasına görə XIII-XIV əsrə aid edirlər. Türbənin üzərində verilən naxışlar və işlənmiş heyvan obrazlarının Xaçındərbətli kəndində olan türbənin naxışları ilə oxşarlığı da belə nəticəyə gəlməyə imkan verir.
Cicimli kəndinin qədim qəbiristanlığında olan Məlik Əjdər türbəsi planda xaricdən 8 bucaqlı, daxildən isə dairəvidir. Tərəfinin uzunluğu 3.65 m olan türbənin fasad divarları yuxarıya doğru ellips şəklində yığılaraq qeyri-adi bir formaya malikdir. 6.40 m hündürlükdə olan fasad divarları ensiz, bir qədər irəliyə çıxan karnizlə tamamlanır. Türbənin korpusu 70 sm-lik kürsülük üzərində tikilmişdir.