Zəngilan

Məscid

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli
Abidənin inventar nömrəsi: 5288
Abidənin ünvanı: Malatkeşin kəndi

Malatkeşin kəndindəki məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmışdır.

Məscidin xarici divarlarının üzərində ərəb dilində yazılmış lövhələr mövcuddur.

Kitabənin tam oxunuşu mümkün olmasa da “Soltan Əli ibni Kərbəlayi Məhəmməd ... İbrahim.  Sənə 1259. La ilahə İlləllah, Mühəmmədun Rəsulullah, Əliyyun Vəliyyullah” sözlərini oxumaq mümkündür. Hicri 1259 tarixini miladi tarixə keçirdikdə 1843-cü il tarixi məlum olur).

Məscidin yan divarlarında da kitabələr mövcuddur, lakin oxunması mümkün deyil.

30 illik işğal dövründə məscidin divarlarının yuxarı hissələri, ibadət zalının bütün ağac dayaqları, agac konsturksiyalı damı və güldəstəsi, qapı və pəncərələrin ağac elementləri sökülmüşdür.