Zəngilan

Məscid

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli
Abidənin inventar nömrəsi: 5287
Abidənin ünvanı: Zəngilan kəndi

Zəngilan kəndindəki məscid Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmışdır.

XIX əsrə aid məscid yerli tipologiya ilə tikilmişdir. Tikintidə əsasən yerli əhəng daşından istifadə olunmuşdur. Məscidin Şərq tərəfdə yerləşən qapısı tağ formalıdır. Qapının üstündə vaxtilə kitabə olsa da, hazırda mövcud deyil.

İşğal dövründə abidənin dam örtüyü, divarların yuxarı hissələri bütünlüklə dağıdılıb. İbadət zalının və qadın yerləşgəsinin ağac dayaqları sökülüb. Giriş qapısının üstündəki kitabə dağıdılıb, itirilmişdir, mehrabın üstündə olan ikinci kitabə isə qaşınıb, oxunmur.