Şuşa

Məşədi Hüsünün yaşayış evi

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli

Abidənin inventar №-si: 5133

Şuşa tacirlərindən olan Məşədi Hüsünün yaşayış evi XIX əsrin sonlarında tikilmişdir. Relyefə nəzərən küçə tərəfdən birmərtəbə yarım kimi görsənməsinə baxmayaraq, iç tərəfdən bina ikimərtəbəlidir. Mürəkkəb plan quruluşu olan binanın bir hissəsində bişmiş kərpiclə qurulmuş tağlı zirzəmi vardır. Yonma guşə daşlarının və mürəkkəb şüşəbəndin işlənməsi ilə ənənəvi tikinti forması saxlanılmışdır.