Şuşa
Məşədi İbişin evi
Abidənin tarixi: | XIX əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli |
Abidənin inventar №-si: 5159
Şuşanın mərkəzində inşa edilən Şuşa taciri Məşədi İbişin evi küçə tərəfdən kürsülü birmərtəbəli görünsə də, həyət tərəfdən iki mərtəbəlidir. Şuşaya xas olan ənənəvi memarlıq üslubunda tikilən binanın baş fasadındakı pəncərələr iki tərəfi yonulmuş guşə daşları ilə işlənmiş, giriş qapısı isə sadə en kəsiyi olan haşiyə ilə tamamlanmışdır. Birinci mərtəbə çöl həyətdən görünən şüşəbəndli eyvanla tamamlanmışdır.