Şuşa
Məşədi Novruzun yaşayış evi
Abidənin tarixi: | XIX əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli |
Abidənin inventar №-si: 5028
Şuşanın yuxarı məhəlləsində inşa edilən Məşədi Novruzun evi Şuşanın ən böyük evlərindən biri sayılır. Həyət fasadının Şuşanın baş küçələrindən birinə açılması bu fasadın daha dəbdəbəli işlənməsinə şərait yaratmışdır. İri şəbəkəli pəncərələr və mürəkkəb şüşəbəndlər bu fasada xüsusi gözəllik verir. Fasadın həlli Şuşaya məxsus evlərin ən gözəl nümunəsi sayıla bilər.