Şuşa
Məşədi Qaranın evi
Abidənin tarixi: | XIX əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli |
Abidənin inventar №-si: 5152
Seyidli məhəlləsinin ən böyük yaşayış evlərindən biri olan Şuşalı tacir Məşədi Qaranın sifarişi ilə tikilən yaşayış evi ikimərtəbəli zirzəmili olmaqla mürəkkəb plan quruluşuna malikdir. Binanın baş fasadı daxili həyətə, iç fasadı isə çöl həyətə açılır. Baş fasadda ikinci mərtəbədə eyvan quraşdırılmış, iç fasadda isə perimetr boyu birinci mərtəbədə sütunlu eyvan, ikinci mərtəbədə isə şüşəbənd quraşdırılmışdır. Pəncərələrin və qapıların ətrafları, binanın tinləri ənənəvi olaraq yonma guşə daşları ilə həll olunmuşdur.