Şuşa

Məşədi Salmanın evi

Abidənin tarixi: Tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli

Abidənin inventar №-si: 5091

Hacı Yusifli məhəlləsində yüksək nöqtələrdən birində inşa edilən bina kiçik həcmli olmaqla iki mərtəbəlidir. Şuşa evlərinin ənənəvi oxşarı olan Tacir Məşədi Salmanın evinin küçə fasadları daşla işlənmişdir. Təmiz yonulmuş guşə daşları, sivri atmalar və ala qapı haşiyələri xüsusi zövqlə işlənmişdir.  Birinci mətrəbənin fasadında taxta sütunlar, ikinci mərtəbədə isə şüşəbənd işlənmişdir. Mərtəbə arası əlaqə taxta pillələrlə yaradılmışdır.