Şuşa
Məşədi Suleymanın evi
Abidənin tarixi: | XIX əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli |
Abidənin inventar №-si: 5105
Məşədi Süleyman Qarabağda-Şuşada məşhur olan Əsgərovlar soyuna mənsubdur. Bu soy Şuşada Hacıəsgərlilər tayfasına bağlıdır. Məşədi Süleyman Əsgərov “Difai” təşkilatının qolu olan “Qarabağ məclisi”nin üzvü idi. Onun yaşayış evi Şuşa şəhərinin Culfalar məhəlləsində yerləşir. İkimərtəbəli evin birinci mərtəbəsi sadə həll olunsa da, ikinci mərtəbəsi daha dəbdəbəli işlənmişdir. Burada buxarılar quraşdırılmış, divarlarda nəqqaşlıq işləri icra edilmişdir.