Şuşa

Məşədi Zeynal Hətəmovun evi

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli

Abidənin inventar №-si: 5119

Şuşa tacirlərindən olan Məşədi Zeynal Hətəmovun sifarişi ilə tikilən bina sərt relyefdə olduğundan baş fasad ikimərtəbəli kimi görsənir, iç fasad isə zirzəmi də nəzərə alınmaqla üçmərtəbəlidir. Fasadlar təmiz yonulmuş guşə daşları ilə haşiyələnmişdir. Düzbucaqlı plan quruluşu olan binanın pəncərə və qapı açırımları təmiz yonulmuş guşə daşları ilə həll edilmiş və döymə metal barmaqlıqlarla tamamlanmışdır.