Şuşa

Məşədi Zülfüqarın evi

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli

Abidənin inventar №-si: 5160

Düzbucaqlı plan quruluşu olan tacir Məşədi Zülfüqarın evi digər Şuşa evlərinə xas olmaqla küçə tərəfdən birmərtəbəli, həyət tərəfdən ikimərtəbəli görsənir. Fasad tinləri və pəncərə ətrafı yonma guşə daşları ilə işlənmiş, atmalar isə sivri formada həll olunmuşdur. Həyət fasadı ikinci mərtəbədə şüşəbəndlə işlənmiş və taxta pilləkən quraşdırılmışdır.