Şuşa
Mir Möhsün Nəvvabın evi
Abidənin tarixi: | XIX təsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli |
Abidənin inventar №-si: 372
Görkəmli musiqiçi, şair, rəssam, xəttat, münəccim, kimyaçı və riyaziyyatçı olan Mir Möhsün Nəvvab (1833–1918) bu evdə yaşamış və yaratmışdır. Ev Şuşa şəhərinin tarixi Xoca Mərcanlı məhəlləsində yerləşir. İki mərtəbəli ev yerli daşdan tikilmişdir. İkinci mərtəbədə iri Qarabağ evlərinə xas olan taxta şüşəbəndli eyvan quraşdırılmışdır. İkinci mərtəbədəki iki otağın hər birinin divarında taxçalar quraşdırılmışdır. Taxçalar və tavan Nəvvabın özünün əli ilə naxışlarla bəzədilmişdir.