Şuşa
Molla Pənah Vaqifin büstü
Abidənin tarixi: | XX əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli |
Abidənin inventar №-si: 5691
M.P.Vaqifin 1967-ci ildə hazırlanan büstünün müəllifləri heykəltaraş C.Qaryağdı və memar Zərbəliyevdir. Büstün arxasında 5 m hündürlüyü olan tağşəkilli divar mövcuddur. Büst M.P.Vaqifin sökülüb dağılmış evinin yerində ucaldılmışdır. Şəhərin tarixi küçəsi-Şeytan Bazarda inşa edilmiş yaşayış evinin ala qapısı Vaqifin büstünün yerində olmuşdur.