Şuşa

Molla Pənah Vaqifin türbəsi

Abidənin tarixi: XX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli

Abidənin inventar №-si: 367

M. P. Vaqifin türbəsi Şuşa şəhərinin cənub-qərb tərəfində, bayram şənlikləri və cıdır yarışları təşkil edilən məşhur Cıdır düzünün şimal tərəfində yerləşir. Türbə, AMEA-nın həqiqi üzvü, sənətşünaslıq doktoru Ə. V. Salamzadə və əməkdar memar, memarlıq namizədi E. İ. Kanukovun layihəsi əsasında tikilmişdir. Armatur beton və mərmərdən inşa edilən türbə Azərbaycan memarlığının ənələrinə sadiq qalaraq şəbəkə və “Bürc” - lərlə əhatə olunmuşdur.