Şuşa

Musəvinin evi

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli

Abidənin inventar №-si: 5112

Culfalar məhəlləsinin nisbətən yumşaq relyefində tikilən Musəvinin yaşayış evi Şuşaya xas olan ənənəvi plan quruluşuna malikdir. İki hissədən ibarət olan binanın şimal tərəfindəki hissə ilə şərq tərəfindəki hissə arasında şüşəbənd işlənmiş və taxta pillə quraşdırılmışdır. Pəncərələr iki tərəfi yonulmuş sal daşlarla haşiyələnmiş və sivri atmalarla tamamlanmış, eləcə də döymə metal barmaqlıqlarla örtülmüşdür.