Şuşa
Pənah xanın sarayı (qəsr)
| Abidənin tarixi: | XVIII əsr |
| Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli |
| Abidənin inventar nömrəsi: | 338 |
| Abidənin ünvanı: | Şuşa şəhəri |
Şuşada inşa edilmiş səkkiz qəsrdən yalnız ikisi dövrümüzə çatmışdır ki, onlardan biri qalanın cənub-şərq tərəfində yerləşən Qara Böyük xanım qəsri, digəri isə Pənahəli xanın qəsridir. Strateji və əlçatmaz nöqtədə inşa edilən Pənahəli xanın qəsrinin inşasına Şuşa qalasının inşası ilə eyni dövrdə başlanılmışdır.