Ağdam

Pənah xanın türbəsi

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli
Abidənin inventar nömrəsi: 4027
Abidənin ünvanı: Ağdam şəhəri

Ağdam rayonunun Qiyaslı kəndində yerləşən türbə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmışdır. Abidə Ağdam rayonunda İmarət qəbiristanlığında yerləşir. Məqbərə - türbə konusvari quruluşda tikilib. Türbənin yanında ona oxşar başqa bir türbə də var. Bu türbə isə Pənahəli xanın oğlu İbrahimxəlil xana məxsusdur. Hər iki şəxs Qarabağ xanlığına rəhbərlik etmişdir. Pənahəli xanın türbəsinin bir giriş qapısı var. Giriş qapısı tağvari quruluşa malikdir. Türbə çoxbucaqlı konusvari plan quruluşuna malikdir. Türbənin içərisində mərhumun qəbri yerləşir. Türbələrin önündə, həmçinin Xurşidbanu Natəvanın büstü qoyulmuşdur.