Ağdam

Qiyaslı kənd məscidi

Abidənin tarixi: XVIII əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli
Abidənin inventar nömrəsi: 4052
Abidənin ünvanı: Qiyaslı kəndi

Ağdam rayonunun Qiyaslı kəndində yerləşən məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmışdır. XVIII əsrdə inşa edilən məscidin iki minarəsi mövcud olmuşdur. Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından sonra məsciddən mal-qara tövləsi kimi istifadə edən işğalçılar rayonu tərk etməmişdən əvvəl onu yandırmışlar.