Şuşa

Qız monastırı

Abidənin tarixi: XVIII—XIX əsrlər
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli

Abidənin inventar №-si: 5047

Şəhərin ən yuxarı nöqtələrindən birində inşa edilən monastır hamar yonulmuş yerli daşdan inşa edilmişdir.  Xaçvari plan quruluşu olan monastır-kilsənin üç girişi və şərq tərəfdə altarı vardır. Mərkəzi ibadət yerinin örtüyü günbəzlə tamamlanmış, digər hissələr isə yarımdairə tağlar və çarpaz örtüklə bitmişdir.