Ağdam

Q.Pirimovun xatirə muzeyi

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli
Abidənin inventar nömrəsi: 5609
Abidənin ünvanı: Ağdam şəhəri

Q.Pirimovun xatirə muzeyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidəsi kimi dövlət qeydiyyatına alınmışdır.

Xalq artisti, tarzən Qurban Pirimovun ev muzeyinin yaradılması ideyası 1991-ci ilin sentyabrında Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülmüşdür. 

Eksponatların toplanılması o dövrdə çox çətin və mürəkkəb bir vaxtda  həyata keçirilmişdir. Tanınmış tarzən Qurban Pirimova aid şəxsi  əşyalarının  bir qismi  əhalidə, bir qismi isə Azərbaycan Musiqi Tarixi Muzeyində saxlanılırdı. Görkəmli tarzənin doğulduğu Gülablı kəndindəki məscidə yaxın olan mənzilinə baxış keçirilmiş və yeni binanın tikinitisinə qərar verilmişdir. Tarzənin bu istiqamətdə yerləşən  həyətində uzunluğu 12 metr, eni  6 metr olmaqla yeni muzey binasının inşasına başlanılmışdır. Bu bina tarzənin köhnə mənzilindən təxminən üç-beş  metr aralıda idi. Çox tez bir zaman kəsiyində bina inşa edilərək təhvil verilir. 

Ağdam rayonu Ermənistan silahlı qüvvələri tərədindən işğal edildikdən sonra muzey binası dağıdılmışdır. Hazırda binanın yalnız bir neçə divarı qalmaqdadır.