Şuşa

Real məktəbinin binası

Abidənin tarixi: XX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli

Abidənin inventar №-si: 5016

Şəhərin ən yüksək nöqtələrindən birində inşa edilən mürəkkəb plan quruluşuna malik olan Real məktəb bir neçə hissədən ibarətdir. Məktəb kimi inşa edilən binanın baş fasadı təmiz yonulmuş daşla işlənmişdir. Fasad memarlıq detalları ilə zənginləşdirilmişdir. Binanın tikilmə tarixi 1901-1908 və adı köhnə rus əlifbası ilə yazılmışdır.