Şuşa
Saatlı məscidi
Abidənin tarixi: | XIX əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli |
Abidənin inventar №-si: 355
Şuşanın məhəllə məscidlərinin bənzəri olan Saatlı məscidi digərlərindən kərpiclə inşa edilmiş tək minarəsinin olması ilə seçilir. Giriş hissəsinin və qadınların ibadəti üçün nəzərdə tutulmuş hissənin həlli digər məscidlərlə oxşar olsa da, Saatlı məscidinin interyeri tanınmış nəqqaş Mir Möhsüm Nəvvabın işləri ilə bəzədilmişdir. Daha dəbdəbəli işlənmiş məscidin mehrabı ibabət zalına xüsusi gözəllik verirdi.