Şuşa

Sadıqcanın evi

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli

Abidənin inventar №-si: 362

Azərbaycanın tanınmış tarzənlərində biri olan Mirzə Əsəd oğlu Sadıqcanın evi Şuşanın mərkəzi küçəsinə paralel olan indiki Sadıqcan küçəsində yerləşir. İki mərtəbəli zirzəmili bina relyefdə tikildiyindən Sadıqcan küçəsindən iki mərtəbəli, həyət tərəfdən isə üç mərtəbəli kimi görsənir. Sivri atmalı pəncərələr və giriş qapısının  nisbətən iri daşlarla işlənməsi binaya xüsusi gözəllik verir.