Zəngilan

Şəhri Şərifan yaşayış yeri

Abidənin tarixi: Orta əsrlər
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli
Abidənin inventar nömrəsi: 6060
Abidənin ünvanı: Şərifan kəndi

Şəhri Şərifan yaşayış yeri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli arxeoloji abidə kimi (inventar № 6060, tarixi- orta əsrlər) dövlət qeydiyyatına alınmışdır.

Şəhri-Şərifanın (Şərifan şəhərinin) qalıqları Həkəri çayının aşağı axarı boyunda, Şərifan kəndinin şimal-qərb tərəfində yerləşir. IX əsrdən formalaşmağa başlayan, monqol yürüşlərindən sonrakı əsrlərdə (XIV-XVII) yüksəliş dövrü keçirən bu şəhər karvan yolları üzərində mühüm ticarət və sənətkarlıq mərkəzi olmuşdur. Xudafərin körpüsündən 15 km qərbdə yerləşən bu şəhər orta əsr Azərbaycan şəhərləri arasındakı mədəni əlaqələrdə əhəmiyyətli rol oynamışdır. Şərifan şəhərinin ümumi sahəsi təxminən 9 ha-a yaxındır.