Cəbrayıl

Sərdabə

Abidənin tarixi: XIII—XIV əsrlər
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli
Abidənin inventar nömrəsi: 4169
Abidənin ünvanı: Dağtumas kəndi

Cəbrayıl rayonunun Dağtumas kəndində yerləşən XIII-XIV əsrlərə aid edilən günbəzin üstü açıq olduğuna görə «Başıkəsik günbəz» adlanırdı. Abidənin hündürlüyü 12 metrə, diametri 5 metrə çatır. Tarixi abidə bərpa edilsə də, 1993 ci ildə rayonun ermənilər tərəfindən işğalı zamanı abidənin divarları bir neçə yerdən dağıdılmışdır.