Zəngilan

Şərifan türbəsi

Abidənin tarixi: XIII-XIV əsrlər
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli
Abidənin inventar nömrəsi: 394/1824
Abidənin ünvanı: Şərifan kəndi

Şərəfan türbəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi (inventar № 394/1824, tarixi- XIII-XIV əsrlər) dövlət qeydiyyatına alınmışdır.

Şərifan türbəsi Şərifan kəndi ərazisində, Həkəri çayının sağ sahilindəki Orta əsr Şəhri Şərifan yaşayış yerinin ərazisində yerləşir. Onun yuxarı hissəsi uçub dağılmış, kvadrat şəkilində (5,4 x 5,4 m) olan sərdabə hissəsi isə əsasən torpaq altında qalaraq dövrümüzə qədər gəlib çatmışdır. Abidənin tikilmə tarixi XIII—XIV əsrlərin qovşağına aid edilir.

Şərifan türbəsi ətrafda yaşayan yerli əhali tərəfindən həm də pir kimi müqəddəs yer hesab olunur.