Şuşa

Seyidli məscidi

Abidənin tarixi: XVIII əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli

Abidənin inventar №si-: 5151

Şuşanın aşağı hissəsində, Cıdır yolunun şərq tərəfində sərt relyefdə inşa edilən Seyidli məhəllə məscidi bir ibadət zalından ibarətdir. Şuşa tikinti üslubu qorunub saxlanaraq, baş fasad-qərb fasad iri pəncərələrlə həll edilmişdir. Şimal tərəfdən qadınlar üçün ibadət yeri düzəldilmiş və oradan güldəstəyə taxta pilləkən qoyulmuşdur. Digər məhəllə məscidləri kimi Seyidli məscidinin də azan verilən yeri damdakı güldəstədən həyata keçirilirdi.