Şuşa
Şirin su hamamı
Abidənin tarixi: | XIX əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli |
Abidənin inventar №-si: 365
Şuşanın memarlıq abidələri içərisində özünəməxsusluğu ilə seçilən abidələrdən biri də Mərdinli məhəlləsində yerləşən “Şirin su hamamı”dır. Şirin su hamamı Natəvanın hələ 1873-cü ildə Şuşaya çəkdirdiyi içməli su ilə işlədiyindən belə adlandırılmışdır. Hamamın 1878-1880-ci illərdə Xan qızı Xurşidbanu Natəvanın vəsaiti hesabına inşa edildiyi bildirilir. Memarı Kərbəlayi Səfixan Qarabağidir.