Şuşa

Şor bulaq

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli

Abidənin inventar №-si: 5064

Şəhərin “Gəncə qapısı” adlanan giriş hissəsində dördbucaq formalı konusvari örtüyü olan bulaq inşa edilmişdir. Digər bulaqlardan fərqli olaraq bu bulağın çıxışı örtülü həcmdə yerləşir. Qeyd olunan həcmin üç tərəfdən yarımdairə formasında tağlı keçidləri vardır. Yonulmuş yerli daşdan inşa edilən bulağın divarları kobud daşla tamamlanmışdır. Üstündəki kitabəyə və arxiv materiallarına əsasən bulaq 1855-1856-cı illərdə inşa edilmişdir.