Şuşa

Süleyman Sani Axundovun evi

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli

Abidənin inventar №-si: 379

Süleyman Sani Axundovun evi Şuşanın tarixi Seyidli məhəlləsində yerləşir. Yaşayış evi iki mərtəbəli inşa olunub. Hər mərtəbədə yan-yana olmaqla dörd otaq yerləşir. Birinci mərtəbədəki otaqlardan məişət məqsədləri (anbar, mətbəx) üçün istifadə olunub.  Binanın qərb tərəfi şüşəbəndlə həll olunmuşdur.