Cəbrayıl
Sultan Allahverdi hamamı
Abidənin tarixi: | XIX əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli |
Abidənin inventar nömrəsi: | 4163 |
Abidənin ünvanı: | Cəbrayıl şəhəri |
Sultan Allahverdi hamamı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmışdır.
Hamam yerli əhali arasında Soltan Məcid hamamı da adlandırılır. Hamamın əksər hissəsinin dağılmasına baxmayaraq onun strukturunu müəyyən etmək mümkündür. Hamam planda düzbucaqlı formaya malikdir. Planın mərkəzi səkkizguşəli günbəzli zaldan ibarətdir.