Şuşa
Şuşa qalası (Qala divarları)
| Abidənin tarixi: | 1752-ci il |
| Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli |
| Abidənin inventar nömrəsi: | 337 |
| Abidənin ünvanı: | Şuşa şəhəri |
Qarabağ xanı Pənahəli xan Bayat qalası və Şahbulaq qalasının əlverişsiz coğrafi mövqeyini nəzərə alaraq, 1752-ci ildə Şuşa qalasının tikilməsi haqqında qərar verir.
Zəruri işlər tamamlandıqdan sonra Pənahəli xan Qarabağ xanlığının mərkəzini yeni inşa olunmuş şəhər-qalaya köçürür. Qalanın 4 giriş qapısı olmuşdur. Onlardan 3-nün (Gəncə qapısı, Ağoğlan qapısı və İrəvan qapısının) yerləri bu gün də mövcuddur.