Xocavənd
Tağlar mağara düşərgəsi
Abidənin tarixi: | Paleolit dövrü |
Abidənin əhəmiyyət dərəcəsi: | Dünya əhəmiyyətli |
Abidənin inventar nömrəsi: | 23 |
Abidənin ünvanı: | Böyük Tağlar kəndi |
Azərbaycanın əlverişli təbii-coğrafi mövqeyi qədim daş dövründə insanların burada məskən salmasına şərait yaratmışdır. Xocavənd rayonunun Böyük Tağlar kəndində yerləşən Tağlar mağara düşərgəsi dünyada mövcud olan ən qədim insan məskənlərindən hesab olunur. Qeyd olunan mağara düşərgəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə dünya əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınmışdır.
Azərbaycan ərazisində Mustye (Orta Paleolit) mədəniyyətinə aid abidələrdən biri olan Tağlar mağara düşərgəsi ən yaxşı öyrənilmiş abidələrdəndir. Мağara 1963-1978-ci illərdə yeddi qazıntı mövsümü ərzində М.Hüseynov və Ə.Q.Cəfərov tərəfindən öyrənilmişdir. Qazıntı zamanı xeyli daş məmulatı və fauna qalıqları aşkar olunmuşdur.
Aparılan elmi-tədqiqat və arxeoloji qazıntı işləri nəticəsində mağara düşərgəsindən çoxlu sayda daş məmulatının və qədim insanlara aid maddi-mədəniyyət nümunələrinin aşkar olunması ölkəmizin bəşər mədəniyyətinin ilk yaşayış məskənlərindən biri olduğunu sübut edir.