Xocalı
Türbə
Abidənin tarixi: | XIV əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli |
Abidənin inventar nömrəsi: | 252 |
Abidənin ünvanı: | Xocalı şəhəri |
Türbə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmışdır.
XIV əsrə aid abidə Xocalı kurqanları sahəsində yonulmuş ağ daşlardan tikilmişdir.
Abidə Xocalı kurqanları yerləşən qədim məzarlıqdadır. Qarabağın qülləvari türbələr qrupuna daxil olan bu türbə yerli daşla tikilmiş, üzəri yaxşı cilalanmış piltələrlə üzlənmişdir.
Abidə portalının qabarıq və sadə formalı oyma ornamentləri onu qonşu ərazilərdə olan abidələrdən fərqləndirən cəhət idi.