Şuşa
Türbə
Abidənin tarixi: | XIX əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli |
Abidənin inventar №-si: 5042
XIX əsrin sonlarında yerli önəmli şəxslərdən birinin məzarı üstündə inşa edilmiş türbə səkkizbucaqlı olmaqla ənənəvi plan quruluşuna malikdir. Tərəflərin birləşmə nöqtələri iri ölçülü daşlardan yonulmuşdur. Giriş qapısı sıfır səviyyəsindən bir qədər hündür qoyulmaqla dairəvi atma daşla tamamlanmışdır. Analoji Qarabağ türbələrinə əsaslansaq, türbənin konusvari səkkizbucaqlı olduğunu görərik.