Tərtər

Ürəkvəng məbədi

Abidənin tarixi: XIII əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli
Abidənin inventar nömrəsi: 4036
Abidənin ünvanı: Talış kəndi

Tərtər rayonunun Talış kəndi yaxınlığında meşəlik ərazidə yerləşən XIII əsrə aid xristian monastır kompleksidir.

Məbəd plana əsasən 5,80 m x 3,45 m və 5,30 m x 6,00 m ölçülərində iki uzunsov otaqdan ibarətdir. Tikilinin daxilində, yan tərəflərində 70 sm hündürlüyündə üç pilləsi olan bürclər yerləşir. Məbədin qərb fasadında 1.10 m uzunluğunda girişi, qalan fasadlarında isə uzunsov pəncərə açılışları var. Abidənin divarları çapılmış yerli qala daşlarından hörülüb. Abidənin hündürlüyü 6 metrdir.

Qala divarları ilə əhatə edilmiş kompleksdən dövrümüzə kilsə, zəng qülləsi, narteks*, geniş monastır məzarlığı və çoxsaylı yarımdağılmış vəziyyətdə tikililər çatmışdır.

*erkən xristian və Bizans bazilikalarında və kilsələrində müntəzəm olaraq rast gəlinən, adətən binanın qərbində yerləşən giriş hissəsi.