Şuşa

Xanlıq Muxtar karvansarası

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli

Abidənin inventar №-si: 352

Xanlıq Muxtarla bağlı tarixi mənbələrdə kifayət qədər məlumat olmasa da, karvansaranın Rasta bazarın başında, şəhərin  mərkəzində inşa edilməsindən bəlli olur ki, o şəhərin tanınmış şəxslərindən biri olmuşdur. Karvansara bir mərtəbəli inşa edilmiş əsas küçələrə açılan yerləşkələrin pəncərə və qapıları iri ölçüdə həll olunmuş və ticarət yeri kimi istifadə edilmişdir. Daxili otaqlar isə anbar və yaşayış üçün nəzərdə tutulmuşdur.