Kəlbəcər

Xudavəng monastrı

Abidənin tarixi: IV-XIII əsrlər
Abidənin əhəmiyyət dərəcəsi: Dünya əhəmiyyətli
Abidənin inventar nömrəsi: 11
Abidənin ünvanı: Vəng kəndi

Xudavəng monastır kompleksi Kəlbəcər rayonunda, Vəng kəndi ərazisində yerləşən qədim alban məbəd kompleksidir. Kompleksə ümumilikdə doqquz tikili daxildir. Onlardan beşi əsas tikili, digərləri isə köməkçi və xidməti xarakterli tikililərdir. Kompleksə daxil olan abidələrin heç də hamısı dövrümüzə yaxşı vəziyyətdə çatmamış, daha qədim olanlar nisbətən dağılmışdır. Kompleksin ətrafı digər alban monastırlarında olduğu kimi möhkəm divarlarla əhatə olunub. Üstü günbəz kimi tikilmiş bu binaların tikintisində ağac materialından istifadə olunmuşdur. Kompleksə daxil olan binaların inşası zamanı əsasən yerli qara bazalt daşından, bişmiş kərpicdən və əhəng məhlulundan istifadə edilmiş, binaların damı isə kirəmit və səliqə ilə kəsilmiş daşlarla örtülmüşdü. Abidənin uzunluğu 16,2 metr, eni isə 5,8 metrdir.