Şuşa
Xurşidbanu Natəvanın evi
Abidənin tarixi: | XIX əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli |
Abidənin inventar nömrəsi: 342
Abidənin ünvanı: Şuşa şəhəri
Azərbaycanın mütəfəkkir şairəsi, “Xan qızı” adı ilə tanınan və Cavanşirlər nəslindən olan Xurşidbanu Natəvanın evi Şuşanın şimal hissəsində inşa edilmişdir. İkimərtəbəli binanın tikintisində yerli daşla bərabər bişmiş kərpicdən də istifadə olunmuşdur. Tikilidə Şuşaya xas olan iriölçülü, rəngli şüşəli şəbəkə pəncərələrdən istifadə olunmuşdur.