Şuşa

Yaşayış evi

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli

Abidənin inventar №-si: 5021

Bu evi şəhərin yuxarı məhəllələrində inşa edilən və Şuşaya xas olan evlərin nümunəsi kimi göstərmək olar. Binanın birinci mərtəbəsindəki alaqapının həlli bir çox imarətlərin darvazalarının bənzəridir. Binanın pəncərə açırımlarının atmaları və guşə daşlarının iki üzü təmiz yonulmuşdur. Hörgü daşlarının tikişləri xüsusi üsulla doldurulmuşdur.