Şuşa
Yaşayış evi
Abidənin tarixi: | XIX əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli |
Abidənin inventar №-si: 5022
Şəhərin Mamayı məhəlləsinin yuxarı hissəsində inşa edilən bu bina üç hissədən ibarətdir. Yuxarıdakı iki mərtəbəli hissənin ikinci mərtəbəsi yaşayış üçün, birinci mərtəbəsi isə ticarət üçün nəzərdə tutulmuşdur. Digər iki hissənin küçəyə açılan iri açırımlarından bəlli olur ki, bu yerləşkələr də dükan-ticarət üçün nəzərdə tutulmuşdur. Binanın fasad və açırımlarının ətraflarının həlli Şuşaya xas olan üslubda işlənmişdir.