Şuşa

Yaşayış evi

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli

Abidənin inventar №-si: 5084

Rasta bazar küçəsinə paralel küçədə Mərdinli məhəlləsində inşa edilmiş yaşayış evi zirzəmilidir. Relyefdən məharətlə istifadə olunaraq binanın küçə fasadı iki mərtəbəli, həyət fasadı isə zirzəmi ilə birlikdə üç mərtəbəlidir. Nisbətən həcmcə kiçik olan binanın iç fasadı eyvan və şüşəbəndlə zənginləşdirilmişdir.  Məhəccərlər və pəncərə barmaqlıqları döymə metalla işlənmişdir.